Bakı. 2 may. REPORT.AZ/ IV İslam oyunlarında iştirak edəcək Türkiyənin futbol komandası Azərbaycana gələn həftə gələcək.
"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
O bildirib ki, ümumilikdə Türkiyədən Azərbaycana 500 nəfədən ibarət nümayəndə heyəti gələcək: "Bu da Azərbaycandan sonra ikinci ən böyük nümayəndə heyətidir".
Səfir əlavə edib ki, İslam oyunlarının açılışına Türkiyənin idman nazirin gələcəyi dəqiqdir. Açılış mərasimində Tükiyənin ən yüksək səviyyədə təmsil olunub-olmayacağına barədə suala cavabında isə səfir deyib ki, hələ bununla bağlı qəti bir qərar yoxdur.