İslam Həmrəyliyi Oyunlarında idmançıların müsəlman qaydalarına uyğun yerləşdirilməsi müzakirə olunub

İslam Həmrəyliyi Oyunlarında idmançıların müsəlman qaydalarına uyğun yerləşdirilməsi müzakirə olunub BİU-nun rektoru Elçin Səfərovla görüşüb
Fərdi
11 Fevral , 2017 10:58
İslam Həmrəyliyi Oyunlarında idmançıların müsəlman qaydalarına uyğun yerləşdirilməsi müzakirə olunub

Bakı 11 fevral. REPORT.AZ/ Bakı İslam Universitetinin (BİU) rektoru, professor Sabir Həsənli Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin direktoru Elçin Səfərovla görüşüb.

BİU-nun kafedra müdiri Elvin Talışınskinin "Report"a verdiyi məlumata görə, "Heydər" məscidində baş tutan görüşdə İslam Həmrəyliyi Oyunları ilə bağlı bir sıra məsələlər müzakirə olunub. Bunlardan biri Atletlər Kəndində idmançıların İslam qaydalarına uyğun şəkildə yerləşdirilməsi ilə əlaqədar olub: "Görüşdə idmançıların yerləşdiriləcəyi otaqlarda İslam qaydalarına uyğun hazırlıq işlərinin aparılması, idmançıların ibadəti üçün namaz otaqlarının hazırlanması, otaqlarda "Qurani-Kərim" kitablarının yerləşdirilməsi kimi məsələlərlə bağlı müzakirələr aparılıb".  

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12 - 22 mayda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi