​Gürcüstanlı idmançı "Rio-2016"da dünya rekorduna imza atıb

​Gürcüstanlı idmançı "Rio-2016"da dünya rekorduna imza atıb Laşa Talaxadze 473 kq-ın öhdəsindən gəlib
Fərdi
17 Avqust , 2016 12:37
​Gürcüstanlı idmançı Rio-2016da dünya rekorduna imza atıb

Bakı. 17 avqust. REPORT.AZ/ Gürcüstanlı idmançı Laşa Talaxadze Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında rekorda imza atıb. 

"Report"un məlumatına görə, yeni rekord +105 kq çəkili ağırlıqqaldıran idmançıların yarışında qeydə alınıb.

L.Talaxadze tədricən qaldırmada 215 kq, təkanla qaldırmada isə 258 kq-ın öhdəsindən gəlib. Ümumilikdə 473 kq qaldıran Talaxadze qızıl medal qazanıb. Bu göstəricilər isə yeni dünya rekordunu müəyyənləşdirib.

Qeyd edək ki, bu çəkidə gümüş medal 451 kq göstərici ilə erməni idmançısı Qor Minasyana, bürünc medal isə 448 kq ilə gürcüstanlı İrakli Turmanidzeyə məxsus olub.

Son xəbərlər

Orphus sistemi