Güləşçi Elmira Qəmbərova: "İslam Oyunları mənim üçün çətin keçdi"

Güləşçi Elmira Qəmbərova: "İslam Oyunları mənim üçün çətin keçdi" "Hədəfim qızıl medal qazanmaq idi"
Fərdi
21 May , 2017 21:24
Güləşçi Elmira Qəmbərova: İslam Oyunları mənim üçün çətin keçdi

Bakı. 21 may. REPORT.AZ/ "Bir gənc güləşçi kimi deyə bilərəm ki, İslam Oyunları mənim üçün çətin keçdi. Hədəfim qızıl medal qazanmaq idi. Amma yenə də sevinirəm ki, fəxri kürsüdə yer aldım".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının sərbəst güləş üzrə qadınlar arasında 63 kq. çəki dərəcəsində bürünc medal mükafatçısı Elmira Qəmbərova deyib.

Onun sözlərinə görə, IV İslam Həmrəyliyi Oyunlarında qazandığı uğur hələlik karyerasında ən yüksək nəticədir:

"Doğma divarlar arasında belə bir əhəmiyyətli idman yarışında fərqlənmək adama xüsusi zövq verir. Qarşıdan Heydər Əliyev adına qızıl Qran-pri turniri gəlir. İndi əsas hazırlıqlarım bu yarış üçündür".

Son xəbərlər

Orphus sistemi