Elçin Səfərov: "İslamiadanın ən böyük təbliğatını bölgələrdə aparacağıq"

Elçin Səfərov: "İslamiadanın ən böyük təbliğatını bölgələrdə aparacağıq" "Açılış mərasimi üçün biletlərin qiyməti 20 - 100 manatdır"
Fərdi
23 Mart , 2017 16:44
Elçin Səfərov: İslamiadanın ən böyük təbliğatını bölgələrdə aparacağıq

Bakı. 23 mart. REPORT.AZ/ "IV İslam Həmrəylik Oyunlarının təbliğat kampaniyasına start veririk. Ən böyük təbliğatı bölgələrdə aparacağıq. Aprelin 5-dən etibarən rayonlara səfərlər təşkil edəcəyik. Bakı ilə kifayətlənməyəcəyik". "Report"un məlumatına görə, bunu İslamiadanın Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov bu gün yarışların başlanmasına 50 gün qalması münasibəti ilə Bakı bulvarında təşkil olunmuş tədbirdə jurnalistlərə deyib.

E.Səfərov bildirib ki, IV İslam Həmrəylik Oyunlarının Avropa Oyunlarından aşağı səviyyədə təşkil olunmayacaq. O, yarışları ictimai nəqliyyatın qrafikini pozmadan keçirmək istədiklərini söyləyib: "Şəhərdə turist sayı çoxalıb, onları da nəzərə alırıq. İslam Həmrəylik Oyunlarının Avropa Oyunlarından aşağı səviyyədə təşkil etmək fikrimiz yoxdur. Yarış üçün qeydiyyatdan keçən könüllülərin ümumi sayı 12 min nəfərdir. Onlardan 4 mini mərasim, 8 mini isə əməliyyat könüllüləridir. Artıq təlimlər başa çatmaq üzrədir".

Əməliyyat Komitəsinin korporativ direktoru İslamiada üçün satışa çıxarılan biletlərin qiymətindən də söz açıb. E.Səfərov açılış mərasimi üçün nəzərdə tutulan biletlərin qiymətinin 20 - 100 manat olduğunu qeyd edib: "Ümumilikdə 500 min bilet satışa çıxarılıb. Müxtəlif yarışlar üçün biletlərin qiyməti 2 - 5 manat təşkil edir. Açılış mərasimi üçün biletlərin qiyməti 20 - 100 manat, bağlanış üçün isə 10 -100 manatdır".

Qeyd edək ki, IV İslam Həmrəylik Oyunlarının mayın 12-dən 22-dək Bakıda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi