99 medal, 50 qızıl - İCMAL - CƏDVƏL

99 medal, 50 qızıl - İCMAL - CƏDVƏL Azərbaycan idmançılarının gün ərzində qazandıqları medallardan yarısı qızıl olub
Fərdi
17 May , 2017 22:22
99 medal, 50 qızıl - İCMAL - CƏDVƏL
Report.az

Bakı. 17 may. REPORT.AZ/ "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları daha 18 medal qazanıblar. "Report"un məlumatına görə, medallardan 9-u qızıl, 5-i gümüş, 4-ü bürünc əyarlı olub.

Qızıl medallardan 4-ü taekvondoçuların aktivinə yazılıb. Bunlar Patimat Abakarova (49 kq), Ayxan Tağızadə (68 kq), Milad Beigi Hərçəqani (80 kq) və olimpiya çempionu Radik İsayev (+87 kq) olub.

Digər qızıl medalları para-atletikanın lövhə atma növündə Samir Nəbiyev, 100 metr məsafəyə qaçışda Elmir Cəbrayılov, atletikanın 3 təkanla uzununa tullanma növündə Nazim Babayev, atıcılığın qarışıq komanda halında 10 metr məsafəyə pnevmatik tapança ilə atəş açma növündə Nigar Rəsulova - Ruslan Lunyov dueti və yunan-Roma güləşçisi Orxan Nuriyev (98 kq) əldə edib.

Gümüş medallara atletikanın 3 təkanla tullanma növündə Aleksis Kopello, 110 metr məsafəyə sədlərlə qaçışda Rahib Məmmədov, taekvondoçu Fəridə Əzizova (67 kq), yunan-Roma güləşçisi Rafiq Hüseynov (80 kq) və qarışıq komanda halında dairəvi stend atıcılarından ibarət Emin Cəfərov - Nurlana Cəfərova dueti yiyələnib.

Nəhayət, bürünc medallara yunan-Roma güləşçiləri Murad Məmmədov (59 kq) və Rəsul Çunayev (71 kq), 4x100 m məsafəyə kompleks üsulu ilə üzmədə Yuliya Stisyuk, Fatimə Əlkərimova, İlahə Rəciyeva və Alsu Bayramovadan ibarət Azərbaycan komandası, para-atletikanın lövhə atma növündə Oloxan Musayev sahib çıxıb.

Beləliklə, bu nəticələrdən sonra Azərbaycanın aktivindəki medalların sayı 99-a yüksəlib. Medallardan 50-si qızıl, 29-u gümüş, 20-si bürüncdür.

Medal sıralaması:

1 Türkiyə 54 45 38 137
2 Azərbaycan 50 29 20 99
3 İran 14 17 23 54
4 Özbəkistan 8 12 23 43
5 İndoneziya 6 23 20 49
6 Əlcəzair 6 11 13 30
7 Misir 6 3 6 15
8 Bəhreyn 4 1 3 8
9 İordaniya 3 1 4 8
10 Səudiyyə Ərəbistanı 3 0 6 9
11 Mərakeş 2 2 5 9
12 Qırğızıstan 2 2 4 8
13 İraq 2 2 3 7
14 Türkmənistan 1 3 3 7
15 Kamerun 1 2 2 5
16 Qətər 1 1 4 6
17 Banqladeş 1 1 0 2
18 Tunis 1 0 8 9
19 Seneqal 1 0 1 2
20 Qambiya 1 0 0 1
21 Oman 0 2 3 5
21 Pakistan 0 2 3 5
23 Suriya Ərəb Respublikası 0 1 4 5
24 Qazaxıstan 0 1 2 3
24 Birləşmiş Ərəb Əmirliyi 0 1 2 3
26 Qayana 0 1 0 1
26 Nigeriya 0 1 0 1
26 Uqanda 0 1 0 1
29 Fil Dişi Sahili 0 0 2 2
30 Benin 0 0 1 1
30 Cibuti 0 0 1 1
30 Livan 0 0 1 1
30 Surinam 0 0 1 1
34 Əfqanıstan 0 0 0 0
34 Albaniya 0 0 0 0
34 Bruney Darüssəlam 0 0 0 0
34 Burkina-Faso 0 0 0 0
34 Çad 0 0 0 0
34 Qəmər adaları 0 0 0 0
34 Qabon 0 0 0 0
34 Qvineya-Bisau 0 0 0 0
34 Qvineya 0 0 0 0
34 Malayziya 0 0 0 0
34 Maldiv adaları 0 0 0 0
34 Mali 0 0 0 0
34 Mozambik 0 0 0 0
34 Mavritaniya 0 0 0 0
34 Niger 0 0 0 0
34 Fələstin 0 0 0 0
34 Syerra-Leone 0 0 0 0
34 Somali 0 0 0 0
34 Tacikistan 0 0 0 0
34 Toqo 0 0 0 0
34 Yəmən 0 0 0 0

Qeyd edək ki, siyahıda boksçu Tayfur Əliyevin 56 kq çəki dərəcəsində rəsmiləşdirdiyi bürünc medal nəzərə alınmayıb. Onun və finala yüksələn daha 6 boksçu ilə yanaşı, qadınlardan ibarət Azərbaycan yığmasının qazanacağı medal siyahıya sabah əlavə olunacaq. Ona görə də hazırda aktivdə 107 medalın olduğunu demək mümkündür.  

Son xəbərlər

Orphus sistemi