Bu il 540-a yaxın dövlət müəssisə və obyekti özəlləşdirilib
- 13 oktyabr, 2015
- 11:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 13 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında 540-a yaxın kiçik dövlət müəssisə və obyekti, 350-dən çox müəssisə və obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib.
"Report" Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə bu gün ilin yanvar-sentyabr aylarında görülmüş işlər və qarşıda duran vəzifələrə dair keçirilən müşavirədə Komitə sədri Kərəm Həsənov bildirib.
O qeyd edib ki, keçirilmiş 37 pul hərracında 18 səhmdar cəmiyyətin səhmləri özəlləşdirilib.
Komitə sədrinin sözlərinə görə, hesabat dövründə 360-dan çox qeyri-yaşayış sahəsi və 240-a yaxın torpaq sahəsi icarəyə verilib: "Bu dövrdə 3 dövlət müəssisəsi investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilib.
İllik xüsusi hesabat formasını təqdim etməli olan səhmdar cəmiyyəti, dövlət müəssisə və təşkilatlarından ümumilikdə 5 800-dən çox illik xüsusi hesabat forması qəbul edilib. Bunlardan 4 400-ə yaxını isə elektron formada təqdim edilib. 220-dən çox səhmdar cəmiyyətindən inventarlaşdırma aktları qəbul edilərək təhlil edilib".