Zərdabda yem emalı müəssisəsi açılıb

Zərdabda yem emalı müəssisəsi açılıb Bakı. 19 fevral. REPORT.AZ/ Azərbaycan hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin birgə maliyyələşdirdiyi layihə çərçivəsində Zərdab rayonunun Gəlmə kəndində tikilmiş yem emalı müəssisəsi fəaliyyətə başlayıb. 
ASK
19 Fevral , 2018 15:42
Zərdabda yem emalı müəssisəsi açılıb
Economy.gov.az

Bakı. 19 fevral. REPORT.AZ/ Azərbaycan hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin birgə maliyyələşdirdiyi layihə çərçivəsində Zərdab rayonunun Gəlmə kəndində tikilmiş yem emalı müəssisəsi fəaliyyətə başlayıb. 

Bu barədə “Report”a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Məlumata görə, bununla əlaqədar keçirilmiş tədbirdə nazir müavini Sahib Məmmədov regionlarda icma əsaslı biznesyönümlü layihələrin icrası, o cümlədən sözügedən yem emalı müəssisəsinin istifadəyə verilməsi bölgədə aqrar sektorun inkişafı və məşğulluğun artırılmasında əhəmiyyətli tədbirlərdən biri olduğunu deyib. 

Qeyd edək ki, müəssisədə yem emalı üçün istehsal sahəsi və anbar inşa olunub, hər birinin gücü saatda 2 ton olan toxum təmizləyən, yem üyüdən və ot doğrayan avadanlıqlar quraşdırılıb, yeni iş yerləri açılıb. 

Zərdab Rayon İcra Hakimiyyətinin nümayəndəsi Namiz Rüstəmov yem emalı müəssisəsinin istifadəyə verilməsinin kənd sakinlərinin heyvandarlıq və bitkiçilik sahəsində fəaliyyətinin genişlənməsinə və yemə olan tələbatın ödənilməsinə şərait yaradacağını diqqətə çatdırıb.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin əməkdaşı Rendal Osen birgə layihə çərçivəsində görülən işlərdən danışıb, bu tədbirlərin regionların inkişafına töhfə olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi