Yevlaxda pambiq səpininə hazırlıq və səpinin səmərəli təşkilinə dair müşavirə keçirilib

Yevlaxda pambiq səpininə hazırlıq və səpinin səmərəli təşkilinə dair müşavirə keçirilib Bakı. 9 iyun. REPORT.AZ/ Yevlax rayonunda “Pambığın becərilməsi işlərinin səmərəli təşkili” mövzusunda müşavirə keçirilib.
ASK
9 İyun , 2018 16:57
Yevlaxda pambiq səpininə hazırlıq və səpinin səmərəli təşkilinə dair müşavirə keçirilib

Bakı. 9 iyun. REPORT.AZ/ Yevlax rayonunda “Pambığın becərilməsi işlərinin səmərəli təşkili” mövzusunda müşavirə keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən “Report”a verilən məlumata görə, Yevlax rayonu icra başçısının müavini cari ildə rayonda pambıq əkinlərinə hazırlıq, bu sahədə yerinə yetirilmiş və görüləcək işlər barədə məlumat verib. 

Kənd təsərrüfatı nazirinin müavini S.Talıbov “Azərbaycanda pambıqçılığın inkişafı - hədəflər və prespektivlər” mövzusunda çıxış edərək Nazirlik tərəfindən bu sahədə görülmüş işlər və qarşıda duran hədəfləri qeyd edib.

Daha sonra Kənd Təsərrüfatı Nazirliyi Aparatının Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov “Pambıqçılığın intensiv texnologiyalar əsasında becərilməsi”, “Aqrolizinq” ASC-nin nümayəndəsi İsrafil İsmayılov “Texnika və gübrə ilə təminatın vəziyyəti”, Bitki Sortlarının Qeydiyyatı və Toxun Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədov “Pambıq toxumu ilə təminatın vəziyyəti”, Dövlət Fitosanitar Nəzarət Xidmətinin rəis müavini Yaqub Cəfərov “Pestisidlərlə təminatın vəziyyəti” barədə məruzələrlə çıxış ediblər.

“Yevlax Kənd Təsərrüfatı” MMC-nin, “MKT İK” MMC-nin və “Azərpambıq” MMC-nin nümayəndələrinin çıxışları dinlənilib. Sonda müşavirə iştirakçıları tərəfindən müzakirələr və qarşılıqlı fikir mübadiləsi aparılaraq rayonda pambıq səpininə hazırlıq və səpinin səmərəli təşkilinə dair müvafiq tapşırıqlar verilib.

Daha sonra müşavirə iştirakçıları becərmə işləri ilə tanışlıq məqsədilə pambıq sahəsində olub, pambığın becərilməsi ilə bağlı fermerlərə müvafiq tövsiyələr verilib. 

Son xəbərlər

Orphus sistemi