Yuxarı

Deputat: "Azərbaycanda istehsalla bağlı sahələrə xüsusi diqqət yetirilməlidir"

© Report

Azərbaycanda istehsal ilə bağlı sahələrə xüsusi diqqət yetirilməlidir.

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli çıxışı zamanı deyib.

Deputatın sözlərinə görə, əgər regionlarda istehsalın inkişafına geniş meydan verilərsə, yerli xammal əsasında yeyinti, yüngül sənayenin inkişaf etdirmək üçün xeyli imkanlar var.

“Azərbaycanda 4-5 maşınqayırma və ya cihazqayırma müəssisəsi işə sala bilsək, bu həm yeni texnologiyaların Azərbaycana gəlməsinə, həm yüksək məvacibli iş yerlərinin açılmasına, eyni zamanda korporasiyaların güclənməsinə azı 30 iri, yüzlərlə orta və minlərlə müəssisələrinin yaranmasına gətirib çıxaracaq ki, bu da regionların inkişafında çox böyük rol oynaya bilər”, - deyə Ə.Məsimli əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi