Türkiyə Rusiyadan taxıl idxalını çətinləşdirir

Türkiyə Rusiyadan taxıl idxalını çətinləşdirir Türkiyə bununla bağlı yeni qaydalar tətbiq edib
ASK
24 May , 2017 13:28
Türkiyə Rusiyadan taxıl idxalını çətinləşdirir
RİA Novosti

Bakı. 24 may. REPORT.AZ/ Türkiyə Rusiya taxılının tədarükündə əlavə məhdudiyyətlər tətbiq edib. "Report" "Vedomosti" qəzetinə istinadən xəbər verir ki, bu barədə "Sovekon" analitik mərkəzi və rusiyalı ixracatçılar məlumat veriblər.

Yeni qaydalara görə, bundan sonra taxıl idxalı üçün verilən bütün lisenziyalarda Rusiyanın payı 25%-dən çox olmamalıdır. Bu sənəd ölkəyə taxılın emalı və sonrakı ixracına dair rüsumsuz tədarükünü reallaşdırmaq üçün zəruridir. O, ölkənin daxili bazarının müdafiə aləti hesab edilir.

Rusiyalı treyderlərdən birinin sözlərinə görə, Türkiyə, Rusiya kimi öz bazarını qoryur: "Amma Rusiya taxılının idxalı üçün rüsumsuz rejmdən faydalanmaq məqsədi ilə türkiyəli idxalçı taxılın 75%-ni haradan alacağını da fikirləşməlidir. Ancaq bu halda o, Rusiyadan 25% ala bilər. Bu, idxalçılar üçün problemdir, çünki onlar logistikanı dəyişməli, tədarük üçün yeni sxemlər yaratmalıdırlar".

"Sovekon" analitik mərkəzin direktoru Andrey Sizov hesab edir ki, Türkiyənin bu addımı Rusiyanın bu ölkədən pomidor idxalına dair tətbiq etdiyi qadağanı tam götürməməsi ilə bağlı ola bilər. O, əlavə edib ki, Türkiyənin Taxıl məsələləri üzrə Komitəsi Rusiyanı mayda keçirilən qargıdalının mümkün tədarükçü ölkələrinin tenderinə daxil etməyib.

"Vedomosti" qəzeti yazır ki, Rusiya Türkiyə üçün kənd təsərrüfatı məhsullarının strateji tədarükçüsüdür. Aqrar bazarın konyunkturu İnstitutunun məlumatına görə, son illər Türkiyədə istehsal edilən unun 70-75%-i Rusiya taxılından alınıb. Rusiya öz növbəsində Türkiyəyə ixrac edilən taxılın 12-13%-ni tədarük edir. Bu da, Rusiya taxılının əsas alıcısının Türkiyə olduğunu göstərir.

Son xəbərlər

Orphus sistemi