Yuxarı
    Bağlamaq

    Toxum anbarlarında fumiqasiya tədbirləri aparılır

    Dinlə
    © agro.gov.az

    Bakı. 5 iyun. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Fumiqasiya dəstəsi tərəfindən respublikanın bir sıra rayon və şəhərlərində fermerlərə məxsus taxıl və digər toxum anbarlarında fumiqasiya tədbirləri həyata keçirilir və fumiqasiya olunmuş anbarlarda təhlükəsizlik qaydalarına əməl etmək üçün fermerlərə lazımi izahat və tövsiyələr verilir. 

    "Report"un Dövlət Fitosanitar Nəzarəti Xidmətinə istinadən verdiyi xəbərə görə, hazırda fumiqasiya tədbirləri davam edir.

    Zərərsizləşdirmə tədbirlərinin yerinə yetirilməsi, karantin nəzarətində olan məhsulların becərilməsi, tədarükü, saxlanması, daşınması, emalı, satışı, habelə onların idxalı, tranziti və ixracı olan hüquqi və fiziki şəxslər üçün məcburidir və fitosanitar tədbirlərin pozulmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.Qeyd edək ki, fumiqasiya (latınca fumigo – tüstü verirəm) – bitki xəstəlikləri törədicilərinə və zərərvericilərinə qarşı zəhərli buxar və qazlarla aparılan mübarizə tədbiridir. Bitki və bitki mənşəli məhsulların, anbarların, elevatorların, tədarük bazalarının, konteynerlərin, fabriklərin, tara, pambıq, tütün və digər emal müəssisələrinin fumiqasiya edilməsi təxirəsalınmaz tədbirlərdən sayılır. Xüsusilə idxal və ixrac olunan bitki və bitki mənşəli, karantin daşıyıcısı olan məhsulların zərərsizləşdirilməsi beynəlxalq müqavilələrdə öz əksini tapır.Son zamanlar dünyanın bir sıra ölkələrində yayılmış karantin və xüsusi təhlükəli orqanizmlərin respublika ərazisinə daxil olmasının qarşısını almaq və anbarlarda bu zərərli orqanizmlərin məhv edilməsini təmin etmək məqsədilə karantin nəzarətində olan obyektlərdə zərərsizləşdirmə tədbirlərinin təlimata uyğun həyata keçirilməsi zəruridir. Fumiqasiya tədbirləri həyata keçirilməyən anbarlarda və digər saxlanma yerlərində məhsulun saxlanılması qanunla müəyyən edilmiş qaydada qadağandır.İldən-ilə bitki mənşəli məhsulların idxalının artması, xüsusilə də karantin vəziyyəti zəif öyrənilmiş ölkələrdən, bir sıra xüsusi təhlükəli zərərli orqanizmlərin gətirilməsi kimi real təhlükə yaradır. İdxal edilən karantin nəzarətində olan yüklərə baxış zamanı il ərzində Azərbaycan üçün karantin hesab edilən onlarla növ aşkar edilir.Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmaq istəyi fumiqasiya tədbirləri aparılarkən normativ–hüquqi bazaya əməl edilməsinə diqqəti artırır.Bildirək ki, 2017-ci ildə 253 798 kubmetr meşə materialı, 161 247 ton karantin nəzarətində olan material, 371 6007 kubmetr anbar sahəsi zərərsizləşdirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi