Yuxarı
    Bağlamaq

    Tovuzda kartof güvəsinə qarşı bioloji mübarizə aparılıb

    Bakı. 14 avqust. REPORT.AZ/ Tovuzda kartof güvəsinə qarşı bioloji mübarizə aparılıb.

    Kənd Təsərrüfatı Nazirliyindən "Report"a verilən məlumata görə, Tovuz rayonunun aran ərazilərində torpaq mülkiyyətçilərinə məxsus kartof əkini sahəsindən toplanmış ərzaqlıq və toxumluq kartof məhsuluna fitosanitar baxış keçirilib və məhsulun kartof güvəsi ilə sirayətləndiyi müşahidə edilib.

    Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Tovuz Rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən 1200 ton ərzaqlıq və toxumluq kartof məhsulunu zərərvericilərdən mühafizə etmək və zərərvericinin daha geniş ərazilərə yayılmasının qarşısını almaq məqsədi ilə 80 kq “BassilusThuringiensis 32000 LUVP” bioloji preparatından istifadə edilməklə, dövlət büdcəsi vəsaiti hesabına bioloji mübarizə işləri həyata keçirilib.

    Qeyd edək ki, fermerlər kimyəvi mübarizə tədbirlərinə nisbətən bioloji mübarizə üsullarına daha çox üstünlük verilər. Çünki kimyəvi mübarizə çərçivəsində kimyəvi preparatın tətbiqi zamanı texniki təhlükəsizlik qaydalarına düzgün riayət edilmədikdə zəhərlənmə halları baş verir. Ancaq bioloji mübarizənin tətbiqi insan sağlamlığına heç bir təhlükə yaratmır və zəhərlənmə halları baş vermir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi