Bakıda taxılçılığın daha rahat çatdırılması imkanları müzakirə ediləcək

Bakıda taxılçılığın daha rahat çatdırılması imkanları müzakirə ediləcək Azərbaycan müasir metodlarla taxılçılığın inkişafına nail olmaq istəyir.
ASK
23 Oktyabr , 2019 11:10
Bakıda taxılçılığın daha rahat çatdırılması imkanları müzakirə ediləcək

"Azərbaycan müasir metodlarla taxılçılığın inkişafına nail olmaq istəyir".

"Report" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Beynəlxalq Taxılçılıq Forumunda Azərbaycan İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın mühüm nəqliyyat dəhlizinin mərkəzində yerləşməsi taxılçılıq sahəsində mühüm əhəmiyyət kəsb edir: "Bu səpkidə bu gün Bakıda keçirilən forumda taxılçılıq və logistika, taxılçılığın daha rahat çatdırılması və əl çatan olması məsələləri müzakirə ediləcək".

O əlavə edib ki, taxılçılıq beynəlxalq iqtisadiyyatda strateji məhsuldur və Azərbaycan taxılçılığının inkişafına xüsusi diqqət ayırır.

Son xəbərlər

Orphus sistemi