Yuxarı
    Bağlamaq

    Şirvanda yeni pambıqyığan kombaynlar nümayiş etdirilib

    140 ədəd pambıqyığan kombayna, 400-dən artıq qoşquya, traktora və digər kənd təsərrüfatı texnikasına baxış keçirilib

    Bakı. 6 sentyabr. REPORT.AZ/ Bu gün Şirvan şəhərində Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC-nin yerli təchizat bazasında ölkədə pambıq yığımının başlanması ilə əlaqədar alınmış yeni kənd təsərrüfatı texnikalarının təqdimatı olub. 

    Nazirlikdən "Report"a daxil olan məlumata görə, tədbirdə pambıq istehsalı ilə məşğul olan “MKT İK”, “CTS-Aqro” və “Şamo” MMC-lərin və digər şirkətlərin nümayəndələri, nazir Heydər Əsədov, tabeli qurumların mütəxəssisləri, fermerlər və mexanizatorlar iştirak edib.

    Təqdimatdan öncə “John Deere” şirkətinin istehsalı olan 140 ədəd pambıqyığan kombayna, pambıq yığımında istifadə olunan 400-dən artıq qoşquya, traktora və digər kənd təsərrüfatı texnikasına baxış keçirilib. H.Əsədov Lənkəranda da sahibkarlarla görüşəcəyini deyib və onların təklifi əsasında Avropanın ən müasir kənd təsərrüfatı texnikalarının ölkəyə gətirilərək fermerlərin istifadələrinə veriləcəyini bildirib. Nazir həmçinin qeyd edib ki, Azərbaycan Dövlət Aqrar Universitetində “John Deere” şirkəti üçün kombaynların idarə edilməsi üzrə xüsusi otaqlar ayrılıb, şirkətin nümayəndələri mexanizatorlara təlim kursları keçib. 

    Tədbirdə o da bildirilib ki, "Aqrolizinq"in bağladığı müqavilələrə əsasən, bu günə qədər ölkəyə 8 500 ədəd kənd təsərrüfatı texnikası, o cümlədən pambıqçılığın inkişafı ilə əlaqədar 5 143 ədəd texnika gətirilib. Bu gün isə təqdimatı keçirilən texnikalar “Aqrolizinq”in regional nümayəndəlikləri, onların rayon (şəhər) bölmələrinin, həmçinin pambıq istehsalı ilə məşğul olan şirkətlərin istifadəsinə verilib. Ümumilikdə indiyə qədər 4 000-dən çox texnika pambıq istehsalı ilə məşğul olan fermerlərə xidmət göstərilməsi məqsədilə istifadəyə verilib, qalan texnikaların isə istifadəyə verilməsi istiqamətində işlər davam etdirilir. Eyni zamanda şəkər çuğundurunun istehsalı ilə əlaqədar 312 ədəd, digər kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar 3 042 ədəd müxtəlif kənd təsərrüfatı texnikaları da bu il respublikaya gətirilib. Qalan texnikalar isə ilin sonuna kimi ölkəyə gətirilərək sahibkarların istifadəsinə veriləcək. 

    Tədbir çərçivəsində nazir pambıqyığan kombaynbların sənədlərini və nömrə nişanlarını şirkət nümayəndələrinə təqdim edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi