Sabirabad və Xaçmazın diri heyvan satışı bazarlarında dezinfeksiya tədbirləri aparılıb

Sabirabad və Xaçmazın diri heyvan satışı bazarlarında dezinfeksiya tədbirləri aparılıb Bakı. 10 oktyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti ölkə ərazisində mövcud olan epizootik sabitliyin təmin edilməsi və zoonozxəstəliklərin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində diri heyvanların satışı aparılan bazarlarda dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin həyata keçirilməsinə zərurət yaranması ilə əlaqədar rayonların icra hakimiyyəti başçılarına müraciət ünvanlayıb.
ASK
10 Oktyabr , 2018 12:25
Sabirabad və Xaçmazın diri heyvan satışı bazarlarında dezinfeksiya tədbirləri aparılıb
agro.gov.az
0 : 00
0 : 00

Bakı. 10 oktyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti ölkə ərazisində mövcud olan epizootik sabitliyin təmin edilməsi və zoonozxəstəliklərin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində diri heyvanların satışı aparılan bazarlarda dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin həyata keçirilməsinə zərurət yaranması ilə əlaqədar rayonların icra hakimiyyəti başçılarına müraciət ünvanlayıb.

Qurumdan "Report"a verilən məlumata görə, bu müraciətlə əlaqədar Sabirabad və Xaçmaz rayonlarında yerləşən diri heyvanların satışı aparılan bazarlarında dezinfeksiya tədbiri həyata keçirilir.

Sabirabad və Xaçmaz rayonlarının diri heyvan bazarlarında profilaktik dezinfeksiya “Almerdehyde” “Ektosan” və 5 faizli kaustik soda məhlulları ilə aparılıb. Dezinfeksiya məhlulları əraziyə DUK maşınları ilə güclü axın şəkilində və avtomatik səyyar çiləyiçilərlə səpilib. Obyektlər dezinfeksiyadan sonra təsərrüfat sahiblərinin istifadəsinə verilib.

Qeyd edək ki, kənd təsərrüfatı heyvanları saxlanılan, bəslənilən və satışı aparılan obyektlərdə dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri Tarif (Qiymət) Şurasının 2007-ci il 26 iyul tarixli qərarı ilə müəyyən edilmiş tariflərə uyğun aparılır.

Dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin bundan sonra da davam etdirilməsi nəzərdə tutulub. Tədbir hər həftə həyata keçirilir və heyvan satışı yekulaşdıqdan və ərazidə mexaniki təmizlik işləri aparıldıqdan sonra icra edilir.

Dövlət Baytarlıq Xidməti bildirir ki, cari ilin ötən 9 ayı ərzində respublikada 3 615 703,13 kvadratmetr sahə profilaktik, 437 129 kvadratmetr sahə məcburi dezinfeksiya, 208 560,4 kvadratmetr sahə dezinseksiya və 3 680 kvadratmetr sahə deratizasiya tədbirlərinə cəlb edilib. Hazırda ölkə ərazisində epizootik durum sabitdir və təşkilati-təsərrüfat tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi