Qida Təhlükəsizliyi Agentliyinin balansına 11 laboratoriya veriləcək

Qida Təhlükəsizliyi Agentliyinin balansına 11 laboratoriya veriləcək Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
ASK
26 Yanvar , 2018 18:41
Qida Təhlükəsizliyi Agentliyinin balansına 11 laboratoriya veriləcək

Bakı. 26 yanvar. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncama əsasən, İqtisadiyyat Nazirliyinin balansından iki, Kənd Təsərrüfatı Nazirliyinin balansından səkkiz, Səhiyyə Nazirliyinin balansından bir laboratoriya Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin balansına verilir.

Nazirlər Kabinetinə və Qida Təhlükəsizliyi Agentliyinə bu sərəncamdan irəli gələn vəzifələrin həll edilməsi tapşırılıb.

Son xəbərlər

Orphus sistemi