Bakı. 11 dekabr. REPORT.AZ/ Dekabrın 11-nə qədər ölkə üzrə pambıq qəbulu məntəqələri keçən ilin eyni dövrü ilə müqayisədə 11,5% çox pambıq qəbul edib.
“Report”un
Qeyd edək ki, bu il Azərbaycanda 22 rayonda 132 512 hektarda pambıq əkini aparılıb. Ölkə üzrə ən çox pambıq Saatlı (15 815 hektar), İmişli (13 645 hektar), Sabirabad (13 055 hektar), Biləsuvar (12 000 hektar), Ağcabədi (10 000 hektar), Bərdə (9 630 hektar) və Beyləqan (9 560 hektar) rayonlarında əkilib. Pambıq əkinlərinin 2/3 hissəsi bu rayonların payına düşür.
Prezident
Dövlət tərəfindən pambıqçılığa göstərilən dəstək məhsul istehsalının artırılmasında mühüm rol oynayır. Belə ki, dövlət tərəfindən pambığın hər kiloqramına 10 qəpik subsidiya verilməsi, güzəştli şərtlərlə texnika və yanacaqla təminat, alış qiymətinin hər tona görə 50 manat artırılması istehsalı stimullaşdıran tədbirlərdəndir.