Bakı. 21 fevral. REPORT.AZ/ Bu ilin yanvarında Naxçıvan Muxtar Respublikasında 8 milyon 229 min 400 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub.
Bu barədə "Report" muxtar respublikanın
Məlumata görə, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çoxdur.
Həmin dövr ərzində diri çəkidə ət istehsalı 2028 tonu, süd istehsalı isə 2005 tonu ötüb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3,1 faiz, süd istehsalı isə 1,6 faiz artıb.