Yuxarı

Niderland şirkəti Azərbaycanda dəyəri 3 mln avroluq layihələrdə iştirak edə bilər

​Niderland şirkəti 3 mln avroluq layihələrdə iştirak edə bilər

“Niderland Krallığının istixana bağçılığı ilə məşğul olan “Stolze" şirkəti növbəti ildə Azərbaycanda dəyəri 3 milyon avro olan layihələrdə iştirak edə bilər”.

Bunu “Report”un Avropa bürosuna “Stolze” Qrupunun sahibi Teo Stolz (Theo Stolze) bildirib.

Onun sözlərinə görə, sözügedən məbləğ dəyərində layihələrin reallaşdırılmasına növbəti ildən başlanıla bilər: “Azəbaycanda müxtəlif şirkətlərlə əməkdaşlıq edirik”.

Şirkət rəsmisi, həmçinin əlavə edib ki, Rusiya, Özbəkistan və digər ölkələr ilə də əməkdaşlıqları mövcüddur: “Əməliyyatlarımızın 10%-i Azərbaycanladır”.

Xatırladaq ki, “Stolze” şirkəti 1969-cu ildə təsis edilib və istixana bağçılığı sahəsində fəaliyyət göstərir. “Stolze” şirkəti istixana bağçılığı və digər müvafiq sənaye müəssisələri üçün bir çox milli və beynəlxalq layihələr həyata keçirib. İxtisas sahəsi avtomatlaşdırma, istilik, işıqlandırma, suvarma və yüksək təzyiqli sisləmə sistemləri, CO2 özündə birləşdirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi