Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinə yeni direktor təyin edilib

Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinə yeni direktor təyin edilib Mərkəzin əvvəlki direktoru işdən çıxarılıb
ASK
28 Dekabr , 2018 12:25
Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinə yeni direktor təyin edilib
Kənd təsərrüfatı naziri İnam Kərimov / Report / Firi Salim

Neftçala. 28 dekabr. REPORT.AZ/ Neftçala rayon Dövlət Aqrar İnkişaf Mərkəzinə yeni direktor təyin edilib.

"Report"un Muğan bürosunun məlumatına görə, bununla bağlı kənd təsərrüfatı naziri İnam Kərimov müvafiq əmr imzalayıb. Əmrə əsasən Ramil Salman oğlu Salmanov Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinə direktor təyin edilib.

Qeyd edək ki, Ramil Salmanov bu vəzifəyə qədər Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Neftçala rayon şöbəsində direktor vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi