Nazirlik: Son yağışlar kənd təsərrüfatına ciddi ziyan vurmayıb

Nazirlik: Son yağışlar kənd təsərrüfatına ciddi ziyan vurmayıb Son günlər Azərbaycanda müşahidə edilən yağışlı hava şəraiti kənd təsərrüfatına ciddi ziyan vurmayıb.
ASK
27 May , 2019 16:06
Nazirlik: Son yağışlar kənd təsərrüfatına ciddi ziyan vurmayıb

Son günlər Azərbaycanda müşahidə edilən yağışlı hava şəraiti kənd təsərrüfatına ciddi ziyan vurmayıb.

“Report” xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.

Onun sözlərinə görə, Nazirliyin mütəxəssisləri, eləcə də Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) əməkdaşları rayonlarda təsərrüfatlara baxış keçirib: “Yalnız Göygöl, Qusar və Yardımlı rayonlarında fərdi təsərrüfatlara qismən ziyan dəydiyi müəyyən edilib. Amma bu ziyanlar, ümumilikdə, aqrar sektora mənfi təsir edəcək səviyyədə deyil. Məsələn, 10 hektarlıq ərazinin 20 sotluq hissəsi ziyan çəkib”. 

Son xəbərlər

Orphus sistemi