Gəncədə heyvanlar arasında iti yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlər aparılır

Gəncədə heyvanlar arasında iti yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlər aparılır Bakı. 13 fevral. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) Gəncədə heyvanlar arasında profilaktik peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrasına başlanılıb.
ASK
13 Fevral , 2019 13:06
Gəncədə heyvanlar arasında iti yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlər aparılır
agro.gov.az

Bakı. 13 fevral. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) Gəncədə heyvanlar arasında profilaktik peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrasına başlanılıb.

Bu barədə “Report”a DBX-dən bildirilib.

Dövlət Baytarlıq Xidmətinin Gəncə Şəhər Baytarlıq İdarəsi tərəfindən indiyə kimi şəhərin ayrı-ayrı təsərrüfatlarında 1300 baş iribuynuzlu heyvanda qarayara, 296 baş qapı itində quduzluq, 460 baş quşda (“La-sota” ştammı ilə) nyukasl xəstəliklərinə qarşı profilaktik peyvəndləmə və 11000 kvadratmetr sahədə profilaktik dezinfeksiya işləri görülüb. Həmçinin, 32 baş atda manqo, 294 baş iribuynuzlu heyvanda vərəm, 87 baş iribuynuzlu heyvanda bruselyoz xəstəliklərinə görə diaqnostik müayinə aparılıb və xəstəliklərə yoluxma halı qeydə alınmayıb. Eləcə də bu müddət ərzində Avstriyadan idxal olunan 186 baş simmental cinsindən olan damazlıq düyələrdə dabaq xəstəliyinə qarşı profilaktik peyvəndləmə aparılıb və bruselyoz xəstəliyinin müayinəsi məqsədi ilə qan nümunəsi götürülüb.

Fevralın ayının 10-dan başlayaraq, bütün ölkədə olduğu kimi, Gəncə də iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı (A, O, Asiya-1 tipinə qarşı) peyvəndləmə tədbirinə başlanılıb. Artıq 1300 baş iribuynuzlu heyvanda bu tədbir aparılıb. Tədbirlər davam etdirilir.

Xatırladaq ki, dabaq xəstəliyi də digər iti yoluxucu xəstəliklər kimi, «Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin siyahısı»a daxil edilib.

Aparılan tədbirlər çərçivəsində baytar mütəxəssisləri iti yoluxucu xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verərək təsərrüfatlarında baytarlıq-sanitariya qaydalarına ciddi əməl edilməsini tövsiyə edirlər.

Gəncə şəhəri ərazisində mövcud olan heyvanlarda bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək. Belə ki, iribuynuzlu heyvanlarda dabaq, nodulyar dermatit, leptespiros, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptespiros xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

Son xəbərlər

Orphus sistemi