Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
“Report” xəbər verir ki, Dövlət Proqramında Naxçıvanda özəl baytarlıq klinikalarının yaradılmasının dəstəklənməsi nəzərdə tutulur.
Proqramda sözügedən bəndə cavandeh dövlət qurumu kimi yerli Dövlət Baytarlıq Xidməti göstərilib. Bununla yanaşı, proqramda müayinə və analizlərin beynəlxalq standartlara uyğun şəkildə aparılması məqsədilə mövcud baytarlıq laboratoriyalarından səmərəli istifadə etməklə onların maddi-texniki bazasının gücləndirilməsi, heyvanların cins tərkibinin yaxşılaşdırılması, məhsuldarlığın yüksəldilməsi, təbii yolla keçən xəstəliklərin qarşısının alınması məqsədilə süni mayalanma tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi və əhali arasında maarifləndirmə işlərinin aparılması kimi məsələlər də yer alıb.