Lənkəran rayonunun sitrus bağlarında çılpaq ilbizlərə qarşı mübarizə başlayıb

Lənkəran rayonunun sitrus bağlarında çılpaq ilbizlərə qarşı mübarizə başlayıb Bakı. 13 noyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin yerli mütəxəssisləri Lənkəran rayonunda çılpaq ilbizlərə qarşı fitosanitar müşahidələr və kimyəvi mübarizə tədbirlərini davam etdirir.
ASK
13 Noyabr , 2018 11:45
Lənkəran rayonunun sitrus bağlarında çılpaq ilbizlərə qarşı mübarizə başlayıb
0 : 00
0 : 00

Bakı. 13 noyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin yerli mütəxəssisləri Lənkəran rayonunda çılpaq ilbizlərə qarşı fitosanitar müşahidələr və kimyəvi mübarizə tədbirlərini davam etdirir.

“Report” xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir. 

Məlumatda deyilir ki, mütəxəssislər bu ay Hirkan və İstisu qəsəbələrini, eləcə də Şıxəkərən və Separədi kəndlərini əhatə edən 150 hektar naringi və limon bağlarında fitosanitar müsahidələr aparıb. Müşahidələr zamanı 50 hektar sahədə sirayətlənmə müəyyən edilib və yerli mütəxəssislərin verdikləri tövsiyələr əsasında fermer təsərrüfat sahibləri 20 hektar sahədə metaldehit tərkibli pereparatdan istifadə edilməklə kimyəvi mübarizə tədbirləri aparıb.

Bildirək ki, bu zərərvericilər kənd təsərrüfatı bitkilərindən taxıl, tərəvəz-bostan, paxlalı, meyvə və qismən texniki bitkilərə zərər verir. İlbizlər növ tərkibindən asılı olaraq qış dövrünü sürfə, yetkin ilbiz və ya yumurta mərhələlərində keçirirlər. 

Qeyd edək ki, çılpaq ilbizlər karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərə aid olmadığından bu orqanizmlərlə mübarizə üçün dövlət büdcəsindən vəsait ayrılmır. DFX çılpaq ilbizlərlə mübarizə aparması üçün sahibkarlara və fermerlərə yalnız metodiki dəstək göstərir, mübarizə işləri isə hüquqi və fiziki şəxslərin özləri aparır. 

Son xəbərlər

Orphus sistemi