Yuxarı

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları Çində keçirilən seminarda iştirak ediblər

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları Çində keçirilən seminarda iştirak ediblər

Bakı. 30 iyul. REPORT.AZ/ Çində “Ekoloji kənd təsərrüfatı sistemləri və kənd təsərrüfatının davamlı inkişafı” mövzusunda təşkil edilmiş seminar keçirilib.

“Report” xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi Aparatının Torpaqdan istifadəyə nəzarət şöbəsinin mütəxəssisləri Firidun Tağıyev, Ərşad Yaşar və Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Əbdülrəhim Dadaşov seminarda iştirak ediblər.

Tədbirə Azərbaycanla yanaşı, Misir, Pakistan, Zimbabve, Syerra-Leone və Botsvanadan 21 iştirakçı qatılıb. Seminarda müasir kənd təsərrüfatının inkişafı, kənd təsərrüffatı kooperativlərinin fəaliyyətinin təşkili, ənənəvi kənd təsərrüfatına dəstək, ağıllı kənd təsərrüfatı sistemləri, kənd təsərrüfatında ekoloji normaların qorunması mövzuları müzakirə olunub.

 Seminarın proqramına mühazirələr, sahə turları və kulturoloji turlar daxil edilib. İştirakçılar seminarın Handan, Dezhou, Huzhou və Hangzhou şəhərlərinə səyahət etmək imkanı qazanıblar. Azərbaycan nümayəndə heyəti mühazirələrdə, sahə turlarında və kulturoloji turlarda fəal iştirak edib.

Təlimin sonunda Nazirliyin əməkdaşları tərəfindən Azərbaycan haqqında, xüsusən də kənd təsərrüfatının müxtəlif sahələrinin statistik göstəriciləri barədə təqdimat keçiriblər. Nümayəndə heyətinin üzvlərinə kursu müvəffəqiyyətlə başa çatdırdıqlarını təsdiqləyən sertifikatlar təqdim olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi