Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyinin elmi tədqiqat müəssisələrinə 10 milyon manat ayrılıb

Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyinin elmi tədqiqat müəssisələrinə 10 milyon manat ayrılıb Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
ASK
17 Aprel , 2015 19:23
Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyinin elmi tədqiqat müəssisələrinə 10 milyon manat ayrılıb

Bakı. 17 aprel. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyi sistemində fəaliyyət göstərən elmi tədqiqat müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, yeni mərhələdə aqrar siyasətin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi sistemində fəaliyyət göstərən Azərbaycan Aqrar Elm Mərkəzində, onun regional bölmələrində və elmi tədqiqat institutlarında aqrar elmin müxtəlif istiqamətləri üzrə aparılan tədqiqatların səmərəliliyinin artırılması üçün son vaxtlar məqsədyönlü tədbirlər həyata keçirilir, yeni bitki və toxum sortlarının yetişdirilməsi və yayılması prioritet məsələlərdən biri kimi daim diqqət mərkəzində saxlanılır. Bu baxımdan, aqrar elmin keyfiyyətcə yeni mərhələyə keçirilməsinin təmin edilməsi, elmi tədqiqat müəssisələrinin maddi-texniki bazasının müasirləşdirilməsi ilə bağlı əlavə tədbirlər görülməsi zərurəti yaranıb.

Sənəddə bildirilir ki, Kənd Təsərrüfatı Nazirliyi sisteminə daxil olan Azərbaycan Aqrar Elm Mərkəzinin, onun regional bölmələrinin, habelə tabeliyindəki elmi tədqiqat institutlarının yenidən qurulması və müasir laboratoriya avadanlığı ilə təchiz olunması üçün Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 10 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi