Kənd təsərrüfatı naziri IFAD-ın nümayəndələri ilə görüşüb

Kənd təsərrüfatı naziri IFAD-ın nümayəndələri ilə görüşüb Bakı. 4 dekabr. REPORT.AZ/ Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Kənd Təsərrüfatı və İnkişaf üzrə Beynəlxalq Fondun (IFAD) Azərbaycan üzrə proqram meneceri Tarek Kotb və Türkiyə üzrə proqram rəhbəri Abdelhamid Abdouli ilə görüşüb.
ASK
4 Dekabr , 2017 14:38
Kənd təsərrüfatı naziri IFAD-ın nümayəndələri ilə görüşüb

Bakı. 4 dekabr. REPORT.AZ/ Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Kənd Təsərrüfatı və İnkişaf üzrə Beynəlxalq Fondun (IFAD) Azərbaycan üzrə proqram meneceri Tarek Kotb və Türkiyə üzrə proqram rəhbəri Abdelhamid Abdouli ilə görüşüb.

“Report” Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, görüşün məqsədi Azərbaycan hökumətinin IFAD-la birgə həyata keçirdiyi "Heyvandarlıq sektorunda məhsuldarlığın və marketinqin təkmilləşdirilməsi proqramı"nın maliyyələşdirmə Sazişi ilə bağlı müzakirələrin aparılması olub.

H.Əsədov Azərbaycanın IFAD-la əməkdaşlığa yüksək qiymət verdiyini və bu nüfuzlu təşkilatla əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyini vurğulayıb. Nazir IFAD-ın layihələrinin böyük əhəmiyyət daşıdığını və əsas məqsədinin əhatə etdiyi ərazilərdəki kənd əhalisinin yaşayış səviyyəsinin yaxsılaşdırılması və ərzaq təhlükəsizliyinin təmin edilməsindən ibarət olduğunu qeyd edib.

H.Əsədov "Heyvandarlıq sektorunda məhsuldarlığın və marketinqin təkmilləşdirilməsi proqramı"nın ölkəmizdə bütövlükdə heyvandarlığın inkişafı ilə bağlı qarşıya qoyulan vəzifələrin həyata keçirilməsinə, həmçinin heyvanların cins tərkibinin yaxşılaşdırılmasına, yem bazasının yaradılmasına ciddi dəstək verəcəyini bildirib. O, proqramın həyata keçirilməsi üçün ölkəmizdə böyük texniki bazanın və potensial imkanların olduğunu diqqətə çatdırıb, layihənin uğurla həyata keçirilməsi üçün bu sahə üzrə peşəkar məsləhətçilərin cəlb edilməsini məqsədəuyğun hesab edib.

T.Kotb isə IFAD-la Azərbaycanın əməkdaşlığının 1997-ci ildən başlandığını və bu təşkilat tərəfindən ölkəmizdə həyata keçirilən layihələrin kənd təsərrüfatının inkişafına böyük dəstək verdiyini qeyd edib. O, "Heyvandarlıq sektorunda məhsuldarlığın və marketinqin təkmilləşdirilməsi proqramı"nın uğurla həyata keçirilməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə İqtisadiyyat, Maliyyə və Xarici İşlər Nazirliklərinin nümayəndələri də iştirak edib.

Son xəbərlər

Orphus sistemi