Yuxarı

Kənd Təsərrüfatı naziri: "Bu il Naxçıvanda 102 984 ton taxıl istehsal edilib"

​Kənd Təsərrüfatı naziri: Bu il Naxçıvanda 102 984 ton taxıl istehsal

Bu il qısa müddət ərzində Naxçıvan Muxtar Respublikası (NMR) ərazisində biçin kompaniyası başa çatıb. 102 984 ton taxıl istehsal edilib ki, bunun da 25,7 min tonu arpa, 77,2 min tonu buğda olub. Arpada məhsuldarlıq hər hektarda 28,5 sentner, buğda da isə 31,2 sentner olub.

"Report" xəbər verir ki, bunu NMR Kənd Təsərrüfatı naziri Bəhruz Bayramov Nazirlər Kabinetinin müşavirəsində qeyd edib.

İclasda çıxış edən NMR Baş Nazirinin birinci müavini Elşad Əliyev bildirib ki, 2020-ci ilin məhsulu üçün cari ilin payızında muxtar respublikada 32 min hektar sahədə şum aparılaraq taxıl əkini keçirilməsi nəzərdə tutulur. Payızlıq taxıl əkini ilə əlaqədar şum və səpin aparmaq üçün 1032 ədəd təkərli, 99 ədəd tırtıllı, 115 ədəd taxılsəpən, 33 ədəd toxumtəmizləyən, 430 ədəd kotan, 296 ədəd lafet, 22 ədəd çizel və şırımaçan texnika saz vəziyyətə gətirilib. Cari ildə bütün taxıl sahələrinin şırım üsulu ilə əkilməsi nəzərdə tutulur.

“Bərəkət Toxumçuluq” MMC-nin direktoru Cəfər Müzəffərov çıxışında qeyd edib ki, 2018-ci ilin payızında təsərrüfatda 2019-cu ilin məhsulu üçün 1037 hektar torpaq sahəsində taxıl əkini müasir və səmərəli becərmə üsulu olan şırım üsulu ilə aparılıb. Göstərilən yüksək aqrotexniki qulluq nəticəsində 2500 tona yaxın məhsul istehsal olunub. Bu günə qədər 600 ton toxum vim aqreqatından keçirilərək dərmanlanıb və paketlənərək satışa hazır edilib, 2020-ci ilin məhsulu üçün 600 hektar sahədə şum aparılıb, şumlama işləri, toxum təmizlənməsi, dərmanlanması davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi