Yuxarı

IFC Azərbaycanda aqrar sahədə dəyər zəncirini inkişaf etdirmək istəyir

IFC aqrar sahədə dəyər zəncirini inkişaf etdirmək istəyir

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanda aqrar sahədə dəyər zəncirini inkişaf etdirmək istəyir.

Bu barədə “Report”a IFC-dən bildirilib.

Məlumata görə, bu məqsədlə Korporasiya fermerlərin aşağı faizli kreditlərə çıxışını təmin etmək istəyir. 

"Hazırda Azərbaycanın maliyyə qurumları fermerlərə nadir hallarda kreditlər verir. Dəyər zənciri baxımından əlaqəli kreditlərin verilməsi halları hələ də mövcüd deyil. IFC bunu tətbiq etmək istəyir. Məqsəd dəyər zənciri məhsullarını inkşaf etdirmək və keyfiyyətini artırmağa kömək etməkdir", - deyə qurum bəyan edib. 

Qeyd edək ki, IFC-nin iştirakçılığı ilə çiyələk əkini üzrə ixtisaslaşmış Cəlilabadda 4 dəyər zənciri masası yığılıb. Burada real istehsalçıların bir-birinə bağlılıqları və onların istehsal etdiyi məhsulların ixrac bazarlarının tələblərinə uyğunluğu öyrənilir. Fermerlərin təlim sahəsində boşluqları varsa, yəni fermerlər çiyələklərin düzgün yığımını həyata keçirmirsə, bu halda korporasiyanın təlimlərinə cəlb olunur. 

"Bu gün 5 kiloqramlıq taxta qutularda Rusiyaya çiyələk ixrac edilir. Halbuki daha potensiallı bazar körfəz ölkələridir. Onlar görmək istədiyi çiyələk isə havalandırması olan qutularda və soyudulmuş şəkildə qablaşdırılmalıdır. Bu cür ixrac üçün IFC lazımi avadanlığı və təlimləri təşkil edib, tam güvənli dəyər zənciri qurur. Bundan sonra maliyyə qurumu dəvət edilir. Dəyər zənciri çərçivəsində fermerlərə bütün maliyyə iştirakçıların tələblərinə uyğun kredit məhsulları təklif edilir”, - deyə IFC-dən bildirilib. 

Qeyd edək ki, IFC Azərbaycanda fermerlərin həm bitkiçilik, həm də heyvandarlıq sahəsində baza biliklərinə malik olması üçün onlara təlimlər keçirir, kənd təsərüffatı sahəsində strategiyanın hazırlanmasına kömək edir. 

Korporasiya həm də Azərbaycanın kənd təsərrüfatı sahəsində risklərin idarə edilməsi üzrə "Klara" adlı yeni platforma hazırlayıb. Bu plaforma aqrar sektorda risklərin idarə edilməsi üçün Azərbaycan reallığına uyğun mexanizm təqdim edir. Kompleks şəkildə həyata keçirilən bu tədbirlər aqrar sektorun kreditləşməsinə yeni yol açmalıdır. 

Bundan başqa, qurum eyni zamanda "Azərbaycan İnvestisiya Mühiti və Kənd Təsərrüfatının Rəqabətliliyi layihəsini” həyata keçirir. 2 illik layihənin icrası hələn ilin dekabrı aynda yekunlaşacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi