İslam İnkişaf Bankının İFAD ilə birgə Azərbaycanda həyata keçirdiyi layihə 2020-ci ildə başa çatır

İslam İnkişaf Bankının İFAD ilə birgə Azərbaycanda həyata keçirdiyi layihə 2020-ci ildə başa çatır İslam İnkişaf Bankının Azərbaycanda “Kənd yerlərinin kompleks inkişafı layihəsi”nin maliyyələşdirilməsi üçün ayırdığı kreditin 96,4%-i istifadə edilib.
ASK
8 Oktyabr , 2019 18:45
İslam İnkişaf Bankının İFAD ilə birgə Azərbaycanda həyata keçirdiyi layihə 2020-ci ildə başa çatır

İslam İnkişaf Bankının Azərbaycanda “Kənd yerlərinin kompleks inkişafı layihəsi”nin maliyyələşdirilməsi üçün ayırdığı kreditin 96,4%-i istifadə edilib. 

Bunu “Report”a İslam İnkişaf Bankı Qrupunun Azərbaycan üzrə nümayəndəsi Tamerlan Tağıyev deyib.

Onun sözlərinə görə, layihənin bütün komponentləri üzrə işlər 2020-ci ildə yekunlaşacaq. 

T.Tağıyev layihə çərçivəsində görülən işlər barədə danışaraq bildirib ki, layihənin əsas komponenti irriqasiya kanallarının təmiri və bərpasıdır: "Layihə çərçivəsində fərqli işlər görülüb. Hal-hazırda Yevlax və Ağdaşda suvarma kanallarının təmir-bərpa işləri aparılır. Bundan əlavə, layihənin sosial infrastrukturun inkişafı və mikro-malliyyə kimi komponentləri də var”.

O vurğulayıb ki, Yevlax, Ağdaş, Oğuz və Şəkidə əhaliyə mikro kreditlər verilib: “Layihə çərçivəsində 1 mln ABŞ dolları məbləğində mikro kreditlər üçün maliyyə vəsaiti ayrılıb”.

Xatırladaq ki, ümumi dəyəri 103,8 mln dollar təşkil edən “Kənd yerlərinin kompleks inkişafı layihəsi”nin icrası 2011-ci ildən başlayıb. Layihəni Aqrar Kredit və İnkişaf Agentliyi Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu (İFAD) və İslam İnkişaf Bankı ilə birgə həyata keçirir. Layihənin həyata keçirilməsi üçün İslam İnkişaf Bankı 66,4 mln dollar, İFAD isə 19,35 mln dollar məbləğındə kreditlər ayırıb.

Son xəbərlər

Orphus sistemi