Yuxarı

İqtisadiyyat Nazirliyi: Azərbaycanda yumurta və un ucuzlaşıb

İqtisadiyyat Nazirliyi: Azərbaycanda yumurta və un ucuzlaşıb 527
Süni qiymət artımına, sui-istifadə hallarına yol verən təsərrüfat subyektləri barədə qanunvericilikdə nəzərdə tutulan ciddi tədbirlər görüləcək

Bakı. 14 fevral. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarına nəzarət tədbirlərini davam etdirir, daha çox tələb olunan istehlak malları üzrə təhlillər aparılır.

"Report" xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilir. 

Məlumatda deyilir ki, aparılan monitorinqlərə görə, yumurta bu ilin əvvəlinə nisbətən 25% ucuzlaşıb. Hazırda 1 ədəd yumurtanın satış qiyməti 12-15 qəpik arasında dəyişir.

Bununla yanaşı, son günlər unun da ucuzlaşması müşahidə olunur. 

İntensiv nəzarət tədbirlərini davam etdirən Dövlət Xidməti xəbərdarlıq edib ki, süni qiymət artımına, sui-istifadə hallarına yol verən təsərrüfat subyektləri barədə qanunvericilikdə nəzərdə tutulan ciddi tədbirlər görüləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi