Yuxarı

İnam Kərimov: "Kənd təsərrüfatı məhsullarının ixracı əsas prioritetlərdən biridir"

İnam Kərimov: "Kənd təsərrüfatı məhsullarının ixracı əsas prioritetlərdən biridir" 4476
© Report/ Firi Salim — Kənd təsərrüfatı naziri İnam Kərimov

Bakı. 5 iyun. REPORT.AZ/ "Azərbaycanda dövlət siyasətinin əsas məqsədlərindən biri kənd təsərrüfatının inkişafıdır".

"Report" xəbər verir ki, bunu Azərbaycan-Avropa İttifaqı biznes forumu çərçivəsində keçirilən "Kənd təsərrüfatı və qida" panelində Azərbaycan kənd təsərrüfatı naziri İnam Kərimov bildirib.

O, kənd təsərrüfatı sahəsində layiqli idarəçilyin mühüm əhəmiyyətə malik olduğunu qeyd edib :

"Bundan başqa, kənd təsərrüfatı həmçinin möhkəm təhsil sisteminə əsaslanmalıdır. Kənd təsərrüfatı məhsullarının ticarəti məsələsinə gəldikdə aqrar sahədə ticarətə rəvac verməliyik. Ötən il kənd təsərrüfatı məhsullarının ÜDM-də payı 6 faizə yaxın olub. Kənd təsərrüfatı məhsullarının ixracı əsas prioritetlərdən biridir".

İ. Kərimov qeyd edib ki, Nazirlik fəaliyyətini 5 əsas prinsip üzərində qurub:"Bu, analitik yoldur. Həmçinin innovasiyaların kənd təsərrüfatına gətirilməsini də özündə ehtiva edir. Fermerlərə kömək oluruq. Bu isə onlara daha yaxın olmaqdadır. Onlarla kreditlər, subsidiyalar və aqrolizinqlər vasitəsilə yardım edirik və dəstəkləyirik. Dayanıqlı kənd təsərrüfatından danışıqsa əsas məsələ bununla ölçülür".

İ.Kərimov əlavə edib ki, 1996 -2016- cı illərdə kənd təsərrüfatının artımı 2,5 dəfə olub: "Ötən il kənd təsərrüfatı 4,2 dəfə artıb. 2017-ci ildə kənd təsərrüfatı məhsullarının ixracı 39,8 faiz artıb. Avropa İttifaqı ölkələri ilə sıx əməkdaşlıq var. Ötən il Aİ ölkələrindən 1,9 milyard dollarlıq məhsul idxal edilib, 7,4 milyard dollarlıq isə ixrac edilib. Yeni strateji məqsəd ondan ibarətdir ki, kənd təsərrüfatı məhsullarının Azərbaycandan Avropaya ixracını və Avropadan Azərbaycana bu məhsulların idxalını artıraq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi