Gələn il Azərbaycanda kartof istehsalı 2% artacaq

Gələn il Azərbaycanda kartof istehsalı 2% artacaq Bakı. 29 oktyabr. REPORT.AZ/ Gələn il Azərbaycanda 958 min ton kartof istehsalı proqnozlaşdırılır ki, bu da 2018-ci il proqnozu ilə müqayisədə 2,08% çoxdur.
ASK
29 Oktyabr , 2018 13:56
Gələn il Azərbaycanda kartof istehsalı 2% artacaq

Bakı. 29 oktyabr. REPORT.AZ/ Gələn il Azərbaycanda 958 min ton kartof istehsalı proqnozlaşdırılır ki, bu da 2018-ci il proqnozu ilə müqayisədə 2,08% çoxdur.

“Report”un məlumatına görə, bu barədə 2019-cu il büdcə zərfində deyilir.

Məlumata görə, 2020-ci ildə 972 min ton, 2021-ci ildə 1 004,2 min ton, 2022-ci ildə 1 063,6 min ton kartof istehsal olunacağı gözlənilir.

Qeyd edək ki, 2018-ci il proqnozuna əsasən ölkədə 938,5 min ton kartof istehsal olacağı ehtimal olunur.

Son xəbərlər

Orphus sistemi