Yuxarı

Fermerlərə yüksək məhsuldar toxumlar verilib

​Fermerlər yüksək məhsuldar toxumlarla təmin olunub

Bakı. 4 mart. REPORT.AZ/ Dövlət Toxum Fondu fermerlərin yüksək məhsuldar toxumlarla təmin olunması üçün daim işlər aparır.

Kənd Təsərrüfatı Nazirliyindən “Report”a verilən məlumata görə, fond bu məqsədlə 2018-ci ilin dekabrın 28-də Rusiyadan 38 ton "Udaça" sortlu, birinci reproduksiyalı kartof toxumunun idxalını həyata keçirib.

Yüksək məhsuldar, ölkənin iqlim şəraitinə uyğun və vegetasiya dövrü qısa olan bu toxumlar Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən anbardan bu ilin martın 1-də kartofçuluq üzrə inkişaf etmiş Cəlilabad, Qazax və Gədəbəy rayonlarında fəaliyyət göstərən torpaq mülkiyyətçilərinə təqdim olunub. Qeyd edək ki, təqdim olunan toxumların müşayiətedici sənədləri və toxumluq olması barədə sertifikatları var. Bu da onların əkin keyfiyyətinin yüksək olması ilə yanaşı, gələcəkdə toxumçular tərəfindən istehsal olunan məhsulun toxum kimi istifadəsinə imkan yaradacaq.

Dövlət Toxum Fondunun əsas prioriteti fermerləri məhsuldar və ölkənin iqlim şəraitinə uyğun olan toxumlarla təmin etmək, bununla da fermerlərin böyük zəhmət bahasına yetişdirdikləri məhsulların həm keyfiyyətinin, həm də məhsuldarlığının bol olmasına zəmin yaratmaqdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi