Yuxarı

FAO Azərbaycanda arıçılığın inkişafına əlavə dəstək vermək istəyir

FAO Azərbaycanda arıçılığın inkişafına əlavə dəstək vermək istəyir

"BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanda arıçılığın inkişaf etdirilməsi ilə bağlı dövlət qurumlarına kömək etməyə hazırdır". 

Bunu "Report"a açıqlamasında FAO-nin Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak deyib. 

O, bu barədə təmsil etdiyi qurumun Kənd Təsərrüfatı Nazirliyi ilə birgə həyata keçirdiyi "Qafqaz arı cinsi"nin artırılması ilə bağlı layihəni şərh edərkən deyib.

"Biz Qafqaz arı cinsinin süni mayalandırılması ilə bağlı texniki imkanları yaxşılaşdırdıq, həmçinin Azərbaycan Arıçılar Assosiasiyasını qurduq, hazırda Assosiasiya bu işlərlə məşğuldur. Amma arıçıların vəziyyətini yaxşılaşdırmaq üçün əlavə addımlar da atılmalıdır. FAO hökumətin, müvafiq nazirliklərin tələbləri çərçivəsində iş görür. Onlar bizdən daha çox texniki yardım istəsə, təbii ki, biz onu təmin etməyə hazırıq”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi