“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC bu ilin I rübünün hesabatını verib

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC bu ilin I rübünün hesabatını verib Bakı. 27 iyun. REPORT.AZ/ Bu ilin I rübündə “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC 118 mln. manat dəyərində qida və kənd təsərrüfatı məhsullarının tədarük olunaraq dövlət satınalan təşkilatlarına təchiz edilməsi haqqında illik müqavilələr imzalayıb.
ASK
27 İyun , 2018 17:04
“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC bu ilin I rübünün hesabatını verib
0 : 00
0 : 00

Bakı. 27 iyun. REPORT.AZ/ Bu ilin I rübündə “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC 118 mln. manat dəyərində qida və kənd təsərrüfatı məhsullarının tədarük olunaraq dövlət satınalan təşkilatlarına təchiz edilməsi haqqında illik müqavilələr imzalayıb.

Bu barədə "Report"un sorğusunun cavab olaraq qurumdan bildirilib.

Məlumatda deyilir ki, yerli məhsulların xarici bazarlara ixracı da səhmdar cəmiyyətinin əsas istiqamətlərindən biridir: "Yanvar-mart aylarında 3,532 mln. manatlıq (2,631 mln. kq) kənd təsərrüfatı məhsulu ixrac edilib. Xarici bazarlarda rəğbətlə qarşılanan məhsullar alma, xurma, tərəvəzlərdən pomidor, kartof, göyərti və balqabaqdır. Rüb ərzində 102 min kq fındıq qabığı da ixrac olunub".

Bundan başqa, qurum bəyan edib ki, beynəlxalq sahədə əməkdaşlıq qurulması məqsədilə bir sıra ölkələrə - Macarıstan, İtaliya, Bəhreyn, Rusiya, Yunanıstan, Çin, BBƏ və s. səfərlər həyata keçirilib. Məhsulların ixracı imkanlarının genişləndirilməsi və xarici investisiyaların cəlb edilməsi istiqamətində işlər görülür. 

Son xəbərlər

Orphus sistemi