Bu günə qədər
Nazirlikdən “Report”a verilən məlumata görə, qeydiyyatdan keçmiş fermerlərin sayına görə Sabirabad rayonu birinci yerdədir. Bu rayonda 12 853 fermer EKTİS-də özünə şəxsi kabinet yaradaraq, məlumatları daxil edib. Bu, Sabirabad rayonu üzrə subsidiya alan fermerlərin 78,47%-ni təşkil edir.
Şəki (7 932), Cəlilabad (7 055) və Saatlı (7 036) rayonlarında qeydiyyatdan keçən fermerlərin sayı 7 mindən çoxdur. Zaqatala, Quba, Xaçmaz, İsmayıllı, Salyan, Samux və Ağdam rayonlarından da fermerlərin EKTİS-də qeydiyyatdan keçmə göstəricisi yüksəkdir. Əksər rayonlarda subsidiya alan fermerlərin 40%-dən çoxu EKTİS-ə öz aqrar fəaliyyətlərinə dair məlumatları daxil ediblər.
Fermerlərdən 143 908 nəfər yeni sistemdə torpaq üzərində mülkiyyət hüququnu təsdiqləyən Dövlət Aktı / Şəhadətnamə əsasında qeydiyyatdan keçib. 37 315 fermer Əmlak Məsələləri Dövlət Komitəsinin verdiyi çıxarış, 2 730 fermer icarə sənədi, 1 625 fermer etibarnamə, 389 fermer vərəsəlik şəhadətnaməsi, qalan fermerlər isə mülkiyyət hüququnu təsdiqləyən digər sənədlər əsasında qeydiyyatdan keçiblər.
Qeyd edək ki, fermerlərin öz aqrar fəaliyyətlərinə dair məlumatları EKTİS-ə daxil etməsi ilə bağlı rayonlarda maarifləndirmə işləri davam edir. Aqrar İnkişaf Könüllüləri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşları, ASAN Könüllüləri fermerlərə informasiya-məsləhət xidməti göstərilməsi prosesinə cəlb olunublar. Eyni zamanda müəyyənləşmiş qrafik əsasında bölgələrdə fermerlərə EKTİS-in tətbiqi ilə bağlı səyyar xidmətlər də göstərilir.