Dövlət Toxum Fondu iri siloslar almaq istəyir

Dövlət Toxum Fondu iri siloslar almaq istəyir Bu məqsədlə Fond tender elan edib
ASK
11 İyul , 2017 14:39
Dövlət Toxum Fondu iri siloslar almaq istəyir

Bakı. 11 iyul. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi tabeliyində olan Dövlət Toxum Fondu 5 ədəd 500 tonluq və 5 ədəd 1000 tonluq silosların alınıb quraşdırılması xidmətinin satın alınması üçün açıq tender elan edib.

"Report"un dövrü mətbuata istinadən verdiyi məlumata görə, tender bir lot üzrə keçirilir və iştirak haqqı 150 manat təşkil edir.

İddiaçılar tenderdə iştirak etmək üçün zəruri sənədlərini 11 avqust saat 17:00-dək, tender təklifi və bank zəmanətini isə 21 avqust saat 17:00-a qədər Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi,80-də yerləşən Kənd Təsərrüfatı Nazirliyinə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 22 avqust saat 11:00-da göstərilən ünvanda açılacaq.

Son xəbərlər

Orphus sistemi