​Dövlət Fitosanitar Nəzarəti Xidməti cari ilin 9 ayı ərzində bir sıra mühüm tədbirlər həyata keçirib

​Dövlət Fitosanitar Nəzarəti Xidməti cari ilin 9 ayı ərzində bir sıra mühüm tədbirlər həyata keçirib Xidmət aparatı və tabeli qurumlarının yeni strukturu təsdiq edilib
ASK
14 Oktyabr , 2015 03:01
​Dövlət Fitosanitar Nəzarəti Xidməti cari ilin 9 ayı ərzində bir sıra mühüm tədbirlər həyata keçirib

Bakı. 14 oktyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti (DFNX) tərəfindən 2015-ci ilin 9 ayı ərzində bir sıra həlli vacib olan tədbirlər həyata keçirilib.

Xidmətdən "Report"a verilən məlumata görə, ölkə ərazisində fıtosanitar sabitliyin qorunması, bitki mühafizəsi və karantini sahəsində aparılan tədbirlərin operativliyinin təmin edilməsi, şəffaflığın daha da artırılması, habelə çevik idarəetmə strukturunun formalaşdırılması məqsədi ilə Dövlət Fitosanitar Nəzarəti Xidməti aparatının və tabeli qurumlarının yeni strukturu təsdiq edilib.

Xidmətin tabeli qurumlarında çevik idarəetmə strukturunun formalaşdırılması üçün müəyyən tədbirlər həyata keçirilib. Ağdam, Abşeron, Bərdə, Beyləqan, Balakən, Cəlilabad, Kürdəmir, Xaçmaz, Hacıqabul, Samux, Şamaxı, Lənkəran, Şəki, İmişli, Biləsuvar, Tovuz və Saatlı rayonlarının bitki mühafızəsi mərkəzlərinin hər birinin tərkibində mobil bitki mühafizəsi dəstələri yaradılıb.

Respublika Bitkilərin Karantin Ekspertizası laboratoriyası Respublika Karantin Ekspertiza Mərkəzi adlandırılıb və həmin mərkəzin nəzdində entomologiya, fitopatologiya, fitohelmintologiya, herbologiya və molekulyar diaqnostika laboratoriyaları yaradılıb.

RespubIika Nəzarət-toksikologiya laboratoriyası Respublika Toksikologiya və Keyfıyyətə Nəzarət Mərkəzi adlandırılıb və həmin mərkəzin nəzdində pestisidlərin, nitrat və nitritlərin qalıq miqdarının təyini, аğır metalların təyini, pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin keyfıyyət göstəricilərinin təyini və mikotoksinlərin təyini laboratoriyaları yaradılıb.

İnsan sağlamlığının, flora və faunanın qorunması məqsədi ilə bütün mübarizə üsullarını (aqrotexniki, mexaniki, fiziki, kimyəvi, karantin) özündə birləşdirən inteqrir mübarizə tədbirləri sistemlərinin hazırlanması və tətbiq edilməsi məqsədi ilə Şəki-Zaqatala bölgəsində dənli taxıl bitkiləri əkinlərində, Gəncə-Qazax bölgəsində üzüm bağlarında və kartof sahələrində inteqrir mübarizə tədbirlərinin texnoloji xəritələri hazırlanıb, fermer və torpaq mülkiyyətçilərinə təqdim edilib. Xidmətin mütəxəssisləri tərəfindən bu istiqamətdə fermer və torpaq mülkiyyətçilərinin maarifləndirilməsi işləri davam etdirilir.

Respublika ərazisində karantin tətbiq edilən zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və yayılma ocaqlarının məhv edilməsi məqsədilə beynəlxalq standartların tələblərinə uyğun təcrid və ləğvedici tədbirlərin həyata keçirilməsi istiqamətində işlər həyata keçirilib, Amerika ağ kəpənəyinin, kartof güvəsinin, yovşanyarpaqlı ambroziyanın və tikanlı quşüzümünün yayılmasının qarşısının alınması və yayılma ocaqlarının məhv edilməsi üzrə Xidmət tərəfindən işlənib hazırlanmış milli proqramların icrası uğurla davam etdirilib.

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra ilk dəfə olaraq qabaqcıl beynəlxalq təcrübədə ən səmərəli vasitələrdən biri kimi qəbul edilən bioloji mübarizə üsulu əsasında bitki mühafizəsi sahəsində iqtisadi və sosial səmərənin təmin edilməsi üçün Xidmətin Abşeron rayonlararası Bioloji laboratoriyasında trixoqrammanın istehsalı bərpa edilib və İmişli rayonu ərazisində “MKT İK” MMC-yə məxsus 300 hektar əkin sahəsində bioloji mübarizənin tətbiqi uğurla həyata keçirilib, pestisidlərin tətbiqindən tam imtina edilib, nəticədə məhsulun maya dəyərinin azaldılması ilə yanaşı aqrobiosenozlarda mövcüd olan "bitki-fitofaq-entomofaq" sistemi qorunub saxlanılıb.

Azərbaycan Respublikasından ixrac olunan bitki və bitkiçilik məhsullarının sertifikatlaşdırılmasının Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminə (VAİS) qoşulması üçün “Delta-Telekom” şirkəti tərəfindən Xidmətin Balakən, Şirvan, Füzuli, Gəncə, Xaçmaz, Biləsuvar, Yevlax rayonlararası Bitkilərin karantini məntəqələrinə optik xətlər çəkilib. Hal-hazırda sistemin fəaliyyətə başlaması məqsədi ilə avadanlıqların və proqram təminatının alınması üçün müvafiq tədbirlər görülür.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 fevral 2014-cü il tarixli 36 nömrəli qərarı ilə fitosanitar xidməti sahəsində fiziki və hüquqi şəxslərə elektron xidmətlərin göstərilməsi zərurəti nəzərə alınaraq Dövlət Xidməti tərəfindən göstərilən aşağıdakı xidmətlərin elektronlaşdırılması üçün aidiyyəti üzrə müraciət edilib:

- Bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin satışı və saxlanılması üçün nəzərdə tutulan sahənin (anbarin, satiş mərkəzinin) fitosanitar vəziyyəti barədə rəyin verilməsi;

- Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət qeydiyyatı haqqında şəhadətnamənin verilməsi;

- Ərazinin fitosanitar karantin vəziyyəti barədə rəy;

- Karantin nəzarətində olan texniki yüklərin, taxta materiallarının, obyekt və boş anbarların zərərsizləşdirilməsi.

2015-ci ilin ötən dövrü ərzində bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin satışı və saxlanılması üçün nəzərədə tutulan sahənin (anbarın, satış mərkəzinin) fitosanitar vəziyyəti barədə Xidmətə daxil olmuş müraciətlərə aidiyyəti üzrə baxılıb və bu günə kimi 12 hüquqi və 35 fiziki şəxsə müvafiq fitosanitar rəylər təqdim edilib. 42 hüquqi və fiziki şəxsə, o cümlədən bitki mühafizə vasitələrinin idxalına, satışına və saxlanılmasına 5 ədəd, bitki mühafizə vasitələrinin idxalına və saxlanılmasına 2 ədəd, aqrokimyəvi maddələrin idxalına, satışına və saxlanılmasına 5 ədəd, aqrokimyəvi maddələrin idxalına və saxlanılmasına 3 ədəd, bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin satışına və saxlanılmasına 28 ədəd xüsusi razılıq (lisenziya) verilib.

Son xəbərlər

Orphus sistemi