DBNX-nın yeni rəisi: "Hazırda Azərbaycanda epizootik vəziyyət sabitdir"

DBNX-nın yeni rəisi: "Hazırda Azərbaycanda epizootik vəziyyət sabitdir" Kürdəmir. 25 iyun. REPORT.AZ/ Hazırda Azərbaycan ərazisində epizootik vəziyyət sabitdir.
ASK
25 İyun , 2018 14:05
DBNX-nın yeni rəisi: Hazırda Azərbaycanda epizootik vəziyyət sabitdir
DBNX rəisi Bayandur Rzayev / Report
0 : 00
0 : 00

Kürdəmir. 25 iyun. REPORT.AZ/ "Hazırda Azərbaycan ərazisində epizootik vəziyyət sabitdir".

Bunu "Report"un Mərkəzi Aran bürosuna açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) yeni rəisi Bayandur Rzayev deyib. 

Onun sözlərinə görə, bu il iyunun sonunadək respublika ərazisində bütün profilaktik peyvəndləmə işləri başa çatacaq: "İndiyədək Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən ciddi infeksiya qeydə alınmayıb". 

B.Rzayev hazırda DBNX-nın yeni rəhbərliyinin bölgələrdə görüşləri davam etdirdiyini bildirib: "Biz baytarlarla əhali arsında münasibətlərin daha da yaxşılaşdırılması, baytarlıq xidmətinin işinin təşkili, baytar həkimlərin vətəndaşların sorğusunu daha tez cavablandırması, baş verə biləcək hər hansı infeksion xəstəliyin vaxtında qarşısının alınması, eyni zamanda "soyuq zəncir" prinsipinin tətbiqi və s. məsələlərlə bağlı tədbirlər həyata keçiririk". 

Son xəbərlər

Orphus sistemi