Assosiasiya: Bu il taxıl biçini üzrə məhsuldarlıq ötən ilə nisbətən çox olacaq

Assosiasiya: Bu il taxıl biçini üzrə məhsuldarlıq ötən ilə nisbətən çox olacaq “Bu il Azərbaycanda taxıl biçini üzrə məhsuldarlıq ötən ilə nisbətən çox olacaq”.
ASK
9 İyul , 2019 15:08
Assosiasiya: Bu il taxıl biçini üzrə məhsuldarlıq ötən ilə nisbətən çox olacaq

“Bu il Azərbaycanda taxıl biçini üzrə məhsuldarlıq ötən ilə nisbətən çox olacaq”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyasının İdarə Heyətinin sədri Taleh Qasımov bildirib. 

Onun sözlərinə görə, iyulun 9-na olan məlumata görə, bu il 2,884 mln. ton taxıl yığılıb. Başqa sözlə, ötən ilin iyulun 9-u ilə müqayisədə bu ilin eyni dövründə 24% çox məhsul yığılıb: “Bu ilin iyulun 9-na olan məlumata görə, ölkədə 2 milyon 884 min ton taxıl yığılıb. 2018-ci ilin eyni dövründə isə 2 milyon 319 min ton taxıl yığılmışdı. Başqa sözlə, bu il ötən ilə nisbətən 565 min ton daha çox taxıl yığılıb. Əgər ötən il hər hektara görə orta məhsuldarlıq 29,6 sentner olubsa, bu il hər hektara orta məhsuldarlıq 31,6 sentnerə yüksəlib”.

Assosiasiya sədri qeyd edib ki, havalar quraq keçməsəydi, məhsuldarlıq daha yüksək olardı: “Yağıntıların az düşməsi dəmyə əkin sahələrində məhsuldarlığa mənfi təsir göstərir. Azərbaycanda taxıl sahələrinin bir hissəsində, xüsusilə dağlıq ərazilərdə dəmyə əkin aparılır. Becərmə dövründə yağıntı normal səviyyədə olsaydı, suvarılan ərazilərdə olduğu kimi dəmyə əkinlərdə də yüksək məhsuldarlıq əldə etmək olardı”.

Xatırladaq ki, Azərbaycanda taxıl sahələrinin 89,7%-də biçin başa çatıb və orta məhsuldarlıq hər hektara 31,6 sentner təşkil edir.

Son xəbərlər

Orphus sistemi