BMT: Azərbaycanda balıq məhsullarının istehsalı kəskin azalıb

BMT: Azərbaycanda balıq məhsullarının istehsalı kəskin azalıb Bakı. 11 dekabr. REPORT.AZ/ Son 20 ildə Azərbaycanda balıq məhsullarının istehsalı, təqribən, 50% azalıb.
ASK
11 Dekabr , 2018 17:30
BMT: Azərbaycanda balıq məhsullarının istehsalı kəskin azalıb

Bakı. 11 dekabr. REPORT.AZ/ Son 20 ildə Azərbaycanda balıq məhsullarının istehsalı, təqribən, 50% azalıb.

“Report” xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı nümayəndəliyinin açıqlamasında bildirilir. 

Qurumun Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı - FAO Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə balıqçılıq sahəsində vəziyyəti təhlil etmək və bu sahənin inkişafı üçün təkmilləşdirmə məqsədli tövsiyələri müzakirə etmək üçün seminar keçirib. Tədbirdə təşkilatçı qurumlarla yanaşı, Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri də iştirak ediblər. 

“Azərbaycanda balıqçılıq sektorunun dayanıqlı inkişafı üçün dövlət balıq təsərrüfatlarının qiymətləndirilməsi” layihəsi çərçivəsində hazırlanmış 10 müxtəlif balıq təsərrüfatının texniki və iqtisadi tərəflərinin qiymətləndirmə hesabatı mütəxəssislərə rəy üçün təqdim edilib. Hesabatın təsdiqindən sonra sahə ilə bağlı biznes planının hazırlanması üçün növbəti seminarın keçirilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi