Biləsuvarda əhaliyə güzəştli şərtlərlə azot gübrəsi satılıb

Biləsuvarda əhaliyə güzəştli şərtlərlə azot gübrəsi satılıb Bu gün Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC Biləsuvar rayonunun Ağayrı kəndində azot gübrəsinin güzəştli şərtlərlə satışını həyata keçirib.
ASK
12 Mart , 2019 17:42
Biləsuvarda əhaliyə güzəştli şərtlərlə azot gübrəsi satılıb
0 : 00
0 : 00

Bu gün Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC Biləsuvar rayonunun Ağayrı kəndində azot gübrəsinin güzəştli şərtlərlə satışını həyata keçirib.

Bu barədə “Report”a Nazirlikdən bildirilib.

Məlumata görə, satışdan bütün ətraf kəndlər yararlanıb. Vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yararlanaraq mineral gübrə əldə ediblər. Ümumilikdə, 16 kənd üzrə 94 vətəndaş müraciət edib, onlardan 57-nə 40,1 ton ammonium nitrat gübrəsi satılıb. 

Xatırladaq ki, sabah Saatlı rayonunun Çolpı kəndində mineral gübrələrin güzəştli şərtlərlə növbəti səyyar satışı keçiriləcək.

Son xəbərlər

Orphus sistemi