Nazirlik: Bu günədək 600 tona yaxın yaş barama təhvil verilib

Nazirlik: Bu günədək 600 tona yaxın yaş barama təhvil verilib Respublika üzrə yaş barama tədarükü davam edir. İyunun 19-na kümçülər tərəfindən “Azəripək” MMC-yə 599,45 ton yaş barama təhvil verilib.
ASK
20 İyun , 2019 13:08
Nazirlik: Bu günədək 600 tona yaxın yaş barama təhvil verilib

Respublika üzrə yaş barama tədarükü davam edir. İyunun 19-na kümçülər tərəfindən “Azəripək” MMC-yə 599,45 ton yaş barama təhvil verilib.

Bu barədə “Report”a Azərbaycan Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Ötən gün kümçülər 11,40 ton yaş barama təhvil veriblər. Ən çox yaş barama təhvili iyunun 13-də qeydə alınıb. Qeyd olunan tarixdə kümçülər ümumilikdə 121,69 ton yaş barama təhvil veriblər.

Barama tədarükünə görə Zərdab, Zaqatala, Ağcabədi, Füzuli, Balakən, Şəki, Bərdə, Qax, Kürdəmir, Ağdaş, Ağdam, Tərtər rayonları öndədir. Bu günədək Zərdabda 65,14 ton, Zaqatalada 52,22 ton, Ağcabədidə 51,93, Füzulidə 49,60 ton, Balakəndə 44,03 ton, ton, Şəkidə 41,89 ton, Bərdədə 36,32 ton, Qaxda 26,45 ton, Kürdəmirdə 22,52 ton, Ağdaşda 17,04 ton, Ağdamda 16,80 ton, Tərtərdə 16,37 ton, Göyçayda 15,53 ton, Sabirabadda 13,48 ton, Qəbələdə 12,47 ton, Ucarda 11,62 ton, Şəmkirdə 10,33 ton yaş barama tədarük olunub. Hazırda ölkə üzrə 38 rayonda yaş barama tədarükü aparılır.

Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramının icrası nəticəsində 2025-ci ilədək yaş barama istehsalı həcminin 6,0 min tona çatdırılması nəzərdə tutulur.

Yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Kümçülər yaş baramanı kiloqramı 4 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 5 manat subsidiya ödəyir.

Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 9 manat alır.

Baramaçılığın yem bazasının yaradılması məqsədilə son üç ildə Çin Xalq Respublikasından ölkəmizə 3,5 milyon ədəd tut tingi (çəkil) gətirilərək rayonlarda əkilib. Sonuncu dəfə 2018-ci il dekabrın 4-də Çindən gətirilən 1 milyon ədəd tut tingi 36 rayon üzrə paylanıb və əkini aparılıb.

Son xəbərlər

Orphus sistemi