Yuxarı

Yarmarkaya çıxarılacaq bal AQTA-nın laboratoriyalarında müayinədən keçirilib

bal AQTA-nın laboratoriyalarında müayinədən keçirilib

Arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkasında satışa çıxarılacaq məhsulların təhlükəsizlik və keyfiyyət göstəricilərinə nəzarət tədbirləri çərçivəsində bal nümunələrinin laborator müayinəsi həyata keçirilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən "Report"a verilən məlumata görə, agentlik əməkdaşları tərəfindən yarmarkada satışa çıxarılacaq məhsullardan nümunələr götürülərək laboratoriya şəraitində yoxlanılıb. 

Ümumilikdə, götürülən 3241 nümunədən 562-si, yəni 17,34 faizi keyfiyyət və qida təhlükəsizliyi göstəricilərinə uyğun hesab edilməyib.

Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar satışa buraxılmayacaq və yarmarkanın sonuna qədər “Aqrar Tədarük və Təchizat” ASC-nin Xocahəsən yolu 57 (Meyvəli bazarı) ünvanında yerləşən anbarında karantin şəraitində saxlanılacaq.

Qeyd edək ki, yarmarka sentyabrın 28-dən oktyabrın 18-dək Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) keçiriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi