Bakıda mütəmadi yarmarkaların keçirilməsi üçün yer ayrılacaq

Bakıda mütəmadi yarmarkaların keçirilməsi üçün yer ayrılacaq Bakı. 14 sentyabr. REPORT.AZ/ Bakıda mütəmadi olaraq kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi üçün yer ayrılacaq.
ASK
14 Sentyabr , 2018 13:36
Bakıda mütəmadi yarmarkaların keçirilməsi üçün yer ayrılacaq
0 : 00
0 : 00

Bakı. 14 sentyabr. REPORT.AZ/ Bakıda mütəmadi olaraq kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi üçün yer ayrılacaq. 

"Report" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında "Dövlət Aqrar Ticarət Şirkəti" MMC-nin direktoru Leyla Məmmədova deyib.

O, həmçinin deyib ki, rəhbərlik etdiyi şirkət gələn ay açmağı planlaşdırdığı mağazanın internet səhifəsini və mobil əlavəsini təqdim etməyə hazırlaşır. 

"Həmin mağaza paytaxtın Səbail rayonunda, Nizami küçəsi, 92 ünvanında yerləşəcək. Bakının mərkəzi ilə yanaşı ətrafında da bu cür mağazaların açılışı nəzərdə tutulur", - deyə L.Məmmədova əlavə edib. 

Son xəbərlər

Orphus sistemi