Yuxarı
    Bağlamaq

    Bakıda bu il keçiriləcək bal yarmarkasının tarixləri açıqlanıb

    Dinlə

    Bakı. 10 sentyabr. REPORT.AZ/ Oktyabrın 5-28-də Bakıda Arıçılıq Məhsullarının Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək.

    “Report” bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

    Məlumatda həmçinin deyilir ki, yarmarka "Arıçılıq haqqında" qanuna uyğun olaraq təşkil ediləcək. Bunun üçün Bakının Xətai rayonunda, Nobel prospekti, 23 ünvanında (“A.M.A.Y Holdinq” MMC-nin ticarət mərkəzində) yer ayrılıb.

    Sərgi-satış yarmarkasının açılışı 5 oktyabr, saat 12.00-da olacaq. Yarmarkada iştirak etmək istəyən arıçılar öz məhsullarını şəxsiyyət vəsiqəsini təqdim etməklə sentyabrın 15-dən 30-na qədər yuxarıda qeyd edilən ünvandakı mühafizə olunan anbara təhvil verməlidirlər. Yalnız qeyd olunan müddətdə anbara təhvil verilmiş və müayinə olunmuş məhsullar yarmarkada satışa çıxarılacaq. Yarmarkaya hazırlıq tədbirlərini səmərəli təşkil etmək məqsədi ilə arıçılıq məhsullarının anbara qəbulu iqtisadi rayonlar üzrə aşağıdakı tarixlərdə həyata keçiriləcək.

    Lənkəran iqtisadi rayonu üzrə - 15-18 sentyabr

    Aran iqtisadi rayonu üzrə - 19-21 sentyabr

    Gəncə-Qazax iqtisadi rayonu üzrə - 22-24 sentyabr

    Şəki-Zaqatala iqtisadi rayonu üzrə - 25-27 sentyabr

    Quba-Xaçmaz və Abşeron iqtisadi rayonları üzrə - 28 sentyabr

    Dağlıq şirvan iqtisadi rayonu üzrə - 29 sentyabr

    Naxçıvan iqtisadi rayonu üzrə - 30 sentyabr

    Kəlbəcər-Laçın və Yuxarı Qarabağ iqtisadi rayonları üzrə - 30 sentyabr

    Eyni zamanda şəffaflığın təmin edilməsi məqsədi ilə 2018-ci il oktyabrın 4-də yerlərin iqtisadi rayonlar üzrə və fərdi qaydada püşkatması keçiriləcək. Püşkatmada bütün arıçıların iştirakı arzu olunur.

    Əlaqə telefonları: 1652 (Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzi), (012) 498-16-38, 598-33-32. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi