Azərbaycanın daha 12 rayonunda səyyar gübrə satışı keçiriləcək

Azərbaycanın daha 12 rayonunda səyyar gübrə satışı keçiriləcək Sentyabr ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin, xüsusən də ammofos və nitroammofoska gübrələrinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.
ASK
23 Sentyabr , 2019 18:28
Azərbaycanın daha 12 rayonunda səyyar gübrə satışı keçiriləcək

Sentyabr ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin, xüsusən də ammofos və nitroammofoska gübrələrinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.

Kənd Təsərrüfatı Nazirliyindən "Report"a verilən məlumata görə, növbəti satış Ağsu, İsmayıllı, Kürdəmir, Ucar, Göyçay, Cəlilabad, Astara, Lerik, Biləsuvar, Qusar, Siyəzən və Xızıda təşkil ediləcək.

Səyyar satışlar sentyabr 24-də Qusarın İmamqulu, Ağsunun Ləngəbiz, Astaranın Ərçivan kəndlərində, sentyabrın 25-də Qusarın Piral, İsmayıllının Qubaxəlilli, Lerikin Noda kəndlərində, sentyabrın 26-da Qusarın Dədəzeyxur, Kürdəmirin Yenikənd, Cəlilabadın Üçtəpə kəndlərində, sentyabrın 27-də Siyəzənin Məşrif, Ucarın Qəzyan, Cəlilabadın Cəngan kəndlərində, sentyabrın 28-də Göyçayın Qaraməryəm, Biləsuvarın Əsgərabad kəndlərində və Xızı şəhərində həyata keçiriləcək.

Qeyd edilən, həmçinin ətraf kəndlərin sakinləri tələb olunan sənədləri - torpaq aktı və ya çıxarış, icra nümayəndəsindən ərizə-məlumat formasını və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə 70 faiz güzəştdən yararlanaraq mineral gübrə ala bilərlər.

Səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq üçün 1652 çağrı mərkəzi və (+99451) 2559383, (+99451) 2293207 əlaqə nömrəsinə müraciət etmək lazımdır.

Son xəbərlər

Orphus sistemi