Azərbaycandakı iri və xırda buynuzlu heyvanların sayı açıqlanıb

Azərbaycandakı iri və xırda buynuzlu heyvanların sayı açıqlanıb Bakı. 13 avqust. REPORT.AZ/ Hazırda Azərbaycanda 2 672 990 baş iribuynuzlu, 8 454 308 baş xırdabuynuzlu heyvan var.
ASK
13 Avqust , 2018 11:34
Azərbaycandakı iri və xırda buynuzlu heyvanların sayı açıqlanıb

Bakı. 13 avqust. REPORT.AZ/ Hazırda Azərbaycanda 2 672 990 baş iribuynuzlu, 8 454 308 baş xırdabuynuzlu heyvan var.

"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlığın inkişafı şöbəsinin müdiri Asəf Ömərov bildirib.

Bundan başqa, onun sözlərinə görə, nazilik yanında “Aqrolizinq” ASC ölkəyə iri və xırdabuynuzlu heyvanlar idxal edir. 

"Əsas məqsədimiz intensiv üsullarla heyvandarlıqda inkişafa nail olmaq, ət və süd məhsuldarlığını artırmaq, yerli cinslərimizi qorumaqla, bütövlükdə heyvanların cins tərkibini yaxşılaşdırmaqdır", - deyə o, qeyd edib. 

A.Ömərov Azərbaycanda epizootik vəziyyətin sabit olduğunu da deyib: "Doğrudur bizim region üçün bir sıra xəstəliklər xarakterikdir. Məsələn, dabaq, qara yara, brüsselyoz və quduzluq. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti bu xəstəliklərə qarşı mütəmadi profilaktik tədbirlər aparır".

Son xəbərlər

Orphus sistemi